İlham Əliyev: “Karantin rejimi uzadılmalıdır”

  • By admin
  • 17 Aprel 2020 16:24

Ölkə başçısı İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarov və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə birgə video müşavirə keçirib.

Gununsesi.org xəbər verir ki, videogörüntülü müşavirə zamanı dövlət başçısı nazirlərin fikirlərini dinləyib. Pandemiya ilə bağlı ölkədə yaranmış vəziyyətlə əlaqədar onlara bir sıra tapşırıq və tövsiyyələrini verib. Ölkə başçısı İlham Əliyev qeyd edib ki, son 3 gündə ölkədə koronavirusla mübarizə sayəsində müsbəti dinamika var. Sağalan xəstələrin sayı artır. Ancaq bununla yanaşı, İlham Əliyev bildirib ki, karantin rejimi uzadılmalıdır.

Sonda dövlət başçısı söyləyib ki, xüsusi karantin rejimi mərhələli şəkildə sərtləşədirilib, mərhələli şəkildə də yumşaldılacaq.

Gununsesi.org