“İlham Əliyev mənə xoş xəbərlər verir” - ƏRDOĞAN

  • By admin
  • 07 Noyabr 2020 20:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Kahramanmaraşda keçirilən iclasında Prezident İlham Əliyevlə telefon danışığından bəhs edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

“Səhər İlham Əliyev qardaşımla telefonda danışdıq. İrəliləyişlər barədə danışdı. Müsbət irəliləyişləri eşidəndə çox xoşbəxt oldum. Zəfərə yaxınlaşırıq.

30 il işğaldakı torpaqlarından ayrı qaldılar. Amma indi torpaqlarına yenidən qovuşurlar”, – deyə Türkiyə prezidenti bildirib.

Gununsesi.info