
Prezident İlham Əliyev Malayziyanın XV Ali Başçısı Sultan V Məhəmmədə təbrik məktubu göndərib.
Gununsesi.info-ya istinadən bildirir ki, təbrikdə deyilir: “Əlahəzrət, Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Malayziya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Malayziya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.












