İlham Əliyev Meksikaya məktub ünvanladı

  • By admin
  • 15 Sentyabr 2017 19:11

2017_ilham_aliyev_04
Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Enrike Penya Nyetoya təbrik məktubu ünvanlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

“Hörmətli cənab Prezident,

Meksika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq arzulayıram”, – təbrikdə qeyd edilir.

Gununsesi.info