İlham Əliyev və Pyotr Poroşenko görüşəcəklər

  • By admin
  • 22 Noyabr 2017 11:08

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Pyotr Poroşenko Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının Brüsseldə keçiriləcək zirvə toplantısında görüşəcəklər.

Gununsesi.info-nun apa-ya istinadən verdiyi məlumata görə, prezidentlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Azərbaycan prezidentinin Ukraynaya gözlənilən səfərinə hazırlıq da diqqət mərkəzində olacaq.

Qeyd edək ki, “Şərq tərəfdaşlığı” sammiti noyabrın 24-də keçiriləcək.

Gununsesi.info