İlham Əliyevdən ETİRAZ: “Qanunsuz məskunlaşma siyasəti hərbi cinayətdir”

  • By admin
  • 13 Yanvar 2021 15:38

“Qanunsuz məskunlaşma siyasəti hərbi cinayətdir və onlar işğalın son dönəmində bu siyasəti heç gizlətmirdilər belə. Onlar dünyanın müxtəlif yerlərindən erməni mənşəli insanları gətirir və onları tarixi Şuşa şəhəri də daxil olmaqla tarixi Azərbaycan ərazilərində məskunlaşdırırdılar”.

 

 Gununsesi.org-un APA-ya istinadən xəbərinə görə, bunu dövlət başçısı İlham Əliyev yanvarın 13-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

İlham Əliyev bildirib ki, onlar şəhər və kəndlərimizin adlarını, hətta xristian dini abidələrinin mənşəyini belə dəyişirdilə: “Onlar xristian dininə ibadət edən qədim udilərin dini irsinin mənşəyini dəyişirdilər. Onlar qədim Qafqaz Albaniyasının kilsələrini erməni kilsələrinə çevirirdilər. Beləliklə, onlar cinayət predmeti olan bir çox əməllər törədiblər”.

 Gununsesi.org