İlham Əliyevin fəaliyyəti və davranışı milli siyasi etika nümunəsidir

  • By admin
  • 13 Oktyabr 2021 10:15

Ulu Öndər İlham Əliyevi özünün siyasi varisi elan etməklə və xalqı onu dəstəkləməyə çağırmaqla, Azərbaycanda hakimiyyətin dinc, konstitusion yolla ötürülməsinin əsasını qoymaqla yanaşı, dövlətimizin, xalqımızın taleyini, gələcəyini əmin əllərə etibar etdi və zaman keçdikcə Heydər Əliyevin nə qədər uzaqgörən bir dövlət adamı, siyasətçi olduğu Prezident İlham Əliyevin attığı hər addımda, qəbul etdiyi hər bir qərarda öz əksini tapdı.

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

Deputat qeyd edib ki, İlham Əliyev xalqın böyük əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra, Heydər Əliyevin ona əmanət etdiyi dövlətimizin inkişafı, ərazi bütövlüyünün təmin olunması, beynəlxalq miqyasda öz layiqli yerini tutması istiqamətində ölçüyə gəlməyən fədakarlıq, qətiyyət və cəsarət nümayiş etdirib, Ulu Öndərin nişan verdiyi hədəflərə doğru yorulmadan irəliləyib:

“Hakimiyyətə gəldiyi ilk gündən İlham Əliyevin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi olub. Cənab Prezidentin ölkə iqtisadiyyatının inkişafı, Silahlı Qqvvələrimizin döyüş qabiliyyətinin artırılmasından başlamış mədəniyyətimizin inklişafınadək bütün sahələrdə həyata keçirdiyi siyasətin yalnız bir hədəfi olub – müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsi, vətəndaş həmrəyliyinin bərqərar olması, Azərbaycanın güclü, qüdrətli dövlətə çevrilməsi, dövlətimizin təhlükəziliyinin, xalqımızın rifahının, Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi, Azərbaycan dövlətinin milli maraqlarının qorunması”.

Azər Kərimli bildirib ki, İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirib:

“İlham Əliyevin fəaliyyəti və davranışı siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq, milli siyasi etika nümunəsidir. Cənab Prezidentə xas olan bu xüsusiyyətlər, təkcə bu günümüz üçün deyil, gələcəyimiz üçün də böyük mənəvi, siyasi əhəmiyyətə malikdir və ölkəmizdə siyasi dəyərlər sisteminin formalaşması, siyasi sistemin milli dəyərlər platforması üzərindən inkişafı baxımından, tarixi önəm kəsb edir”.

Deputat deyib ki, Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində göstərdiyi misilsiz qətiyyət böyük vətənpərvərlik və gerçək liderlik manifestidir:

“Zaman keçəcək, gələcək nəsillər Ali Baş Komandan, Prezident İlham Əliyevin Böyük Qələbəyə doğru aparan yolda nümayiş etdiridiyi fədakarlığı, xalqın, dövlətin mənafeyi naminə atdığı addımları dərindən təhlil edəcək, onun liderliyi ilə keçilən yolun hər addımından qürur duyacaqdır. İlham Əliyevin torpaqlarının 20%-i işğal altında olan, hər addımda ədalətsizlik və haqsızlıqla qarşılaşan, məğlub bir ölkəni qalib dövlətə çevirmək strategiyası və bacarığı təkcə gənc nəsil və gələcək nəsillər üçün deyil, bütövlükdə dünyanın haqsızlıqla, ədalətsizliklə qarşılaşan bütün xalqları üçün nümunədir”.

Gununsesi.info