
İlin sonunadək dolların ucuzlaşması davam edəcək.
Bunu Gununsesi.info-ya açıqlamasında iqtisadşı- ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, ilin sonuna doğru da dollara tələb artacaq, çünki ilin sonunda ölkəyə daha çox mal idxal olunur. “Valyutaya tələbatın yüksək olması manata öz mənfi təsirni göstərəcək, bu da öz növbəsində onun ucuzlaşmasına gətirib çıxaracaq”- deyə, o əlavə edib.
Ekspert deyib ki, ilin sonunda istər bankların, istər şirkətlərin, istərsə də dövlətin xarici borc öhdəlikləri həyata keçirilir. “Həmçinin, ilin sonunda xaricə gedənlərin sayında artımlar müşhidə olunur. Bütün bunlar dollara tələb deməkdir. Yığım vasitəsi olaraq da vətəndaşlar dollara üstünlük verirlər. Diqqət etdinizsə, əvvəlki aylarda dolların möhkəmlənməsi hər 100 manata görə, 30-40 qəpik civarında idisə, indi birdən-birə 80 qəpik oldu. Gün ərzində bəzən manat hər yüz dollara görə, 1 manat dəyər itirir. Bunu şərtlərindən faktorlar var. Dünya bazarında neftin qiymətinin aşağı olması, dollara tələbin yüksək olması, idxalın artması və ixracın hiss edilən dərəcə artmaması da manatın zəifləməsinə təsir göstərir”- deyə, V. Bayramov bildirib.
Ekspert hesab edir ki, manatın inzibati yolla müvəqqəti olaraq möhkəmləndirilməsi öz effektini verməyəcək:
“Praktiki manatın dəyərini bazar müəyyənləşdirəcək. Ona görə də, vəziyyətdən çıxış yolu kimi strateji olaraq manatın bazar dəyərinin möhkəmləndirilməsinə çalışmaq lazımdır və bu istiqamətdə işlər görülməlidir”.
Gununsesi.info











