İlin sonunadək pilotsuz hava taksiləri sınaqdan keçiriləcək - FOTO

  • Müəllif: admin
  • 24 İyun 2017 11:30

First manned flight with Alexander Zosel.

Dubay daha bir yeniliyə imza atmağı planlaşdırır.

Gununsesi.info newsru-ya istinadən xəbər verir ki, Dubayın yol-nəqliyyat idarəsi ilin sonunadək pilotsuz hava taksisini sınaqdan keçirməyi planlayır. Uçuşu həyata keçirəcək pilot üçün lisenziya tələb olunmur.

Bununla bağlı Dubay rəhbərliyi Alman şirkəti olan “Velocopter (E-volo)” ilə müqavilə imzalayıb. Adıçəkilən şirkət sərnişin multikpterlər hazırlamaq üzrə ixtisaslaşıb.

Qeyd edək ki, şirkət bu ilin aprelində seriyalı Volocopter 2X 18 motorlu multikopterin təqdimatı olub. Multikopterlər batareyalarla təmin olunub və 2 saatadək şarj olur.

Multikopterlərin maksimal uçuş müddəti isə 30 dəqiqə və havada uçuş sürəti saatda 100km/saatdır. Multikopterin çəkisi 290 kq-dır və 160 kq həcmində, yaxud da iki nəfər  yük götürmə qabliyyətinə malikdir. Volocopter 2X avtonom rejimdə müəyyən edilmiş marşrut üzrə özü uçur, həmçinin yerdəki operator və yaxud pilot vasitəsi ilə idarə oluna bilir.

4304179

Gununsesi.info