İlk rəqs: - Tramp cütlüyü göz qamaşdırdı - FOTOLAR

  • By Günel
  • 21 Yanvar 2025 11:16

ABŞnin 47-ci prezidenti Donald Tramp inauqurasiya mərasimindən sonra keçirilən Ali Baş Komandanlıq Balosunda həyat yoldaşı Melaniya Trampla rəqs edib. Rəqs zamanı cütlüyün emosional anları kameraya yansıyıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Milliyet məlumat yayıb.

Melaniya Tramp gecədə ağ-qara, straplez paltar və qəşəng bir choker seçərək zərifliyi ilə diqqət çəkib. Tramp isə qara smokin və papyona üstünlük verib.

İlk dans Trump çifti göz kamaştırdı

 

O, həyat yoldaşı Melaniya ilə birlikdə alqış sədaları altında prezident və birinci xanım kimi səhnəyə çıxıb.

Tramp cütlüyü ABŞ silahlı qüvvələri üçün təşkil edilən Baş Komandan Ballında səhnəyə çıxıb və The Righteous Brothers qrupunun unudulmaz mahnısı “Unchained Melody” sədaları altında rəqs ediblər.

Prezident Trampın Melaniya Trampı özünə çəkib gözlərini yumduğu anlar qonaqların  böyük marağına səbəb olub.

İlk dans Trump çifti göz kamaştırdı

 

Vitse-prezident JD Vance və həyat yoldaşı Uşa Vans da Tramp cütlüyünü balda müşayiət ediblər.

Rəqs meydançasında cütlüyə Tramp ailəsinin böyük uşaqları və həyat yoldaşları da qoşulub.

İlk dans Trump çifti göz kamaştırdı

Gecənin ənənəvi hissələrindən biri olan əsgərlərlə rəqs zamanı ABŞ ordusunun altı qoluna həsr olunmuş bu xüsusi tədbirdə Tramp və xanımı rəsmi formalarını geyinmiş əsgərlərlə vals rəqsi ediblər.

İlk dans Trump çifti göz kamaştırdı

Tramp daha sonra səhnədə prezident Co Baydenin prezidentlik təyyarəsini xatırladan dizaynı olan Air Force One tortunu qılıncla kəsib.

“Bunu evə aparacağam”, – deyərək əlində qılıncla rəqs edib.

Günel Həsənova

Gununsesi.info