İlkin Rüstəmzadənin səhhətində problemlər yaranıb - GƏNC FƏAL MÜALİCƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLMÜR

  • By admin
  • 26 Yanvar 2017 16:19

ilkin

Artıq 4-cü ildir ki, həbsxana həyatı yaşayan NİDA üzvü, gənc fəal İlkin Rüstəmzadənin saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsində səhhəti pisləşib. Bu barədə Gununsesi.info-ya onun ailəsindən bildirirlib. Məlumata görə, bir neçə gündür ki, səhhətində kəskin problemlər yaranan siyasi məhbusun taleyi həyatın ümidinə buraxılıb.

Əldə etdiyimiz məlumata görə, İlkin Rüstəmzadə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köşürülməsi üçün onun vəkili Nemət Kərimli müvafiq müraciətlər edib.

Qeyd edək ki, Azərbaycanın ən dözülməz şəraiti olan həbsxanalarının birindən olan 13 saylı müəssisədə ağır şərait hökm sürür.