“Qarabağla bağlı ədalətsizlik bitməyincə, regionda sabitlik olmaz” - SƏFİR - FOTOLAR

  • Müəllif: admin
  • 17 İyun 2017 08:00
tur-3
Türkiyənin Azərbaycandakı səfirliyi media nümayəndələri üçün iftar süfrəsi təşkil edib.
Gununsesi.info xəbər verir ki, iyunun16-da Excelsior oteldə Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatıçılığı ilə media nümayəndələrə üşün iftar süfrəsi açıb. İftar süfrəsində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və xanımı, səfirliyin mətbuat üzrə müşaviri Hamit Karadeniz, ölkənin tanınmış media nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən H. Karadeniz qonaqları Ramazan ayı münasibətilə təbrik edib. Səfirlik təmsilçisi Azərbaycan-Türkiyə qardaşlığından danışıb. Müşavir qeyd edib ki, bu qardaşlığın qorunmasında jurnalistlərin üzərinə böyük məsuliyyət düşür.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında bundan öncə səfirlikdəki diplomat kimi çalışdığı vaxtları xatırladan səfir Azərbaycanın xeyli inkişaf etdiyini vurğulayıb.
İki ölkə arasındakı əlaqələrə toxunan səfir bildirib ki, ölkələrimiz arasındakı münasibətlər  “bir millət, iki dövlət” prinnsipləri əsaslanır və çətin günlərində hər zaman bir-birinə dayaq olub.
Səfir onu da əlavə edib ki, Türkiyənin gücü Azərbaycanın gücüdür, Azərbaycanın gücü Türkiyənin gücüdür. “Türkiyə ən çətin günlərində Azərbaycanın yanında olduğunu görüb və bunun şahidi olub. Elə 15 iyul 2016-cı il xaind dövlət çevrilişi zamanı Türkiyənin yanında olan Azərbaycan oldu. Ondan sonra dövrlərdə də, referndum məsləsi zamanı da Azərbaycan Türkiyənin yanında olduğunu nümayiş etdirdi. Bu bizi məmnun edir. Biz heç zaman bunu untumayacağıq.Odur ki, biz keçmişdən dərs almalıyıq. 15 iyuldan çox yaxşı dərs götürməliyik. Bu dərslərdən ən əsası birliyimizi qorumağımızın vacibliyidir. Birlikdə yaşamağa, birlik olmağa məcburuq.”
Səfir çıxışında Yaxın Şərqdə baş verən proseslərə də toxunub. Qarabağ münaqişəsindən danışan E.Özoral deyib ki, bu gün İraq, Suriya kimi yerlərdə bir çox ədalətsizliklər davam edir, amma Dağlıq Qarabağda ədalətsizlik uzun müddətdir mövcuddur: “Bizim qəlbimizdə bir qapanmayan yara var, bu da Dağlıq Qarabağ münaqişəsidir”.
Səfir bildirib ki, Qarabağla bağlı ədalətsizlik bitməyincə, regionda sabitlik olmaz.
“Ona görə də Türkiyə qısa zamanda Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllinin tapmasını beynəlxalq aləmdən tələb edir.Qarabağ məsələsində Türkiyənin hər zaman Azərbaycanın yanında olub və  sonadək də yanında olacaq”.
unnamed (4)
unnamed (1) unnamed (2) unnamed (3) unnamed
19239456_430924597307055_85077436_n 19251345_430924667307048_162437616_n 19357531_430924630640385_593112876_n
 
Mürtəza
Gununsesi.info