İlon Mask “Twitter”də tvitlərin sayına məhdudiyyət tətbiq edib

  • By admin
  • 02 İyul 2023 10:58

“Twitter”in rəhbəri İlon Mask bildirib ki, istifadəçilərin gün ərzində oxuya biləcəyi tvitlərin sayına məhdudiyyət qoyulub.

Xarici KİV-lər xəbər verir ki, Mask təsdiqlənmiş hesabların gündə 6000, təsdiqlənməmiş hesabların 600, yeni olan və təsdiqlənməmiş hesabların isə gündə 300 mesaj oxuya biləcəyini açıqlayıb. Bu açıqlamadan bir saat sonra Mask limitin müvafiq olaraq 8000, 800 və 400 tvitə qədər artırıldığını elan edib.

“Twitter”in rəhbəri İlon Mask daha sonrakı açıqlamasında bildirib ki, sosial şəbəkə istifadəçilərinin gün ərzində oxuya biləcəyi yazıların sayını artırıb.

Mask bu barədə “Twitter” səhifəsində yazıb.

O, “Twitter” sosial şəbəkəsində təsdiqlənmiş hesablar üçün 10 min, təsdiqlənməmiş hesablar üçün 1000, yeni olan və təsdiqlənməmiş hesablar üçün isə 500 mesaj limiti tətbiq edib.

Qeyd edək ki, əvvəlcə İlon Mask təsdiqlənmiş hesabların gündə 6000, təsdiqlənməmiş hesabların 600, yeni olan və təsdiqlənməmiş hesabların isə gündə 300 mesaj oxuya biləcəyini açıqlamışdı. Sonra isə limitin müvafiq olaraq 8000, 800 və 400 tvitə qədər artırıldığını elan etmişdi.

Onun sözlərinə görə, məhdudiyyətlər “məlumatların toplanması və sistemin manipulyasiyasının son dərəcə yüksək səviyyədə olması” səbəbindən tətbiq edilib.

Gununsesi.info