İlqar Məmmədovla Tofiq Yaqublunun şikayəti üzrə məhkəmə prosesinin vaxtı məlum oldu

  • By admin
  • 05 Oktyabr 2016 23:15

ilqar-tofiq

“REAL” Hərəkatının həbsdə olan həmsədri İlqar Məmmədov vəMüsavat Partiyası başqanının  müavini Tofiq Yaqublunun kassasiya şikayəti üzrə məhkəmə prosesinin vaxtı məlum olub.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə şikayətə noyabrın 18-də baxılacaq.Prosesə Əli Seyfəliyev sədrlik edəcək.

Kassasiya şikayətində onların barəsində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılması barədə məsələlər qeyd olunub.

Xatırladaq ki, T. Yaqublu və İ. Məmmədov İsmayıllı hadisələri ilə bağlı həbs olunublar.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib.  T. Yaqublu prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Gununsesi.info