İmamzadə ziyarətgahından oğurluq edildi

  • By admin
  • 27 Sentyabr 2019 14:37

Gəncədə oğurluq hadisəsi baş verib.

Bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 16-da Gəncə şəhəri ərazisindəki İmamzadə ziyarətgahındakı bir qəbrin üzərindən alüminiumdan hazırlanmış gül qabını oğurlamaqda şübhəli bilinən şəhər sakini B.Pənahov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org