İmişli sakini evində ölü tapılıb

  • By admin
  • 18 Yanvar 2018 09:50

İmişli sakini naməlum şəraitdə ölüb.

Gununsesi.info xəbər verir ki, rayonun Alarlı kənində kənd sakini, 1981-ci il təvəllüdlü Hikmət Tağı oğlu Qəmbəralıyevin meyiti yaşadığı evin pilləkənlərində aşkarlanıb.

Onun pilləkəndən yıxılaraq öldüyü ehtimal edilir.

Ölümün dəqiq səbəblərinin müəyyən etmək üçün ekspertiza təyin olunub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info