İmişlidə avtomobil 13 yaşlı oğlanı vurub

  • Müəllif: admin
  • 09 Sentyabr 2017 16:38

qeza_0235
İmişlidə 13 yaşlı piyadanı avtomobil vurub.

APA-nın məlumatına görə, hadisə İmişli rayonunun Qaralar kəndində qeydə alınıb. Həmin kəndin sakini, 2004-cü il təvəllüdlü Əsədov Əsəd Ağaş oğlu yolu keçərkən “Mercedes” markalı avtomobil tərəfindən vurulub. 13 yaşlı uşaq müxtəlif bədən xəsarətləri ilə İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info