
İmişlidə canavarlar 4 baş iribuynuzlu heyvana xəsrət yetirib.
Gununsesi.info report.az-a istinadən xəbər verir ki, hadisə rayonun Məmmədli kəndində qeydə alınıb.
Belə ki, kənd sakinlərinə məxsus iribuynuzlu heyvanlar örüşdə otlayarkən canavarlar onlara hücum çəkib. Kənd sakinləriin vaxtında müdaxiləsi nəticəsində canavarlar yalnız 4 baş iribuynuzlu heyvanı dişləyərək yaralaya bilib.
Məlumat daxil olan kimi rayon baytarlıq idarəsinin baytar həkimləri gəlib. Yaralı heyvanlara qarşı lazımi tədbirlərgörülüb və nəzarətdə saxlanılır.
Kənd sakinlərinin sözlərinə görə, mal-qara bundan əvvəl də canavarların hücumuna məruz qalıb. Canavarlar bir neçə heyvanı parçalayaraq təsərrüfat sahiblərinə xeyli ziyan vurublar.
Gununsesi.info












