İmişlidə ev yanıb, ana və övladı son anda xilas edilib - FOTOLAR

  • By admin
  • 11 Oktyabr 2016 16:00

imisli2

İmişlidə  fərdi yaşayışevi yanaraq  külə  dönüb. Evdə  qalan ana  və övladı  son anda  xilas edilib.

Gununsesi.info xəbər verir ki, hadisə ötən gecə şəhərin Alış Məmmədov küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan Elbrus Abbasova məxsus  fərdi yaşayış evi anidən alovlanmağa başlayıb. Bu barədə FHN-nin İmişli yanğından mühafizə hissəsinə məlumat daxil olan kimi hadisə yerinə yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb edilib. Hadisə  zamanı   həmin evdə  kirayədə yaşayan Gülüstan Məmmədova  və  onun qızı  Sərfinaz Məmmədova   son anda yanğından  xilas  edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Lakin buna baxmayaraq ümumi   sahəsi  140 kvadrat metr olan 1 mərtəbəli  fərdi yaşayış evi içindəki əşyalarla birlikdə yanaraq kül olub. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla  bağlı  araşdırma  aparılır.

imisli imisli1 imisli3