İmişlidə faciəvi hadisə - 2 nəfər öldü

  • By admin
  • 07 Sentyabr 2021 16:57

Sentyabrın 6-da saat 21 radələrində İmişli rayonunda ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, Cəfərli kəndi ərazisində Əliqullar kənd sakini T.Əhmədovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillə həmkəndlisi Zamin Şiraslanovun idarə etdiyi “İJ” markalı motosiklet toqquşub.

Nəticədə Z.Şiraslanovun sərnişini olan əmisi oğlu Kamil Şiraslanov hadisə yerində, özü isə xəstəxanaya aparılarkən yolda ölüb.

İmişli RPŞ tərəfindən araşdırma aparılır.

Gununsesi.info