İmişlidə yol qəzası baş verib, yaralananlar var

  • By admin
  • 13 Noyabr 2017 22:33


Bu gün axşam saatlarında İmişlidə yol qəzası baş verib.
“Report” hadisə şahidlərinə istinadən xəbər verir ki, qəza zamanı iki maşın toqquşub.
İlkin məlumata görə, xəsarət alanlar var. İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info