İmişlidən “Aztelekom”a internetin verilişi istiqamətində kütləvi şikayət daxil olmayıb: - Alidə Mustafayeva

Xəbər verdiyimiz kimi, Yol Patrul Xidməti avtomobilinin İmişlidə ölümlə nəticələnən yol qəzasından sonra, rayonda internetin kəsilməsi ilə bağlı məlumat yayılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə qəza nəticəsində həlak olan uşaqların valideynləri iddia edib və sosial şəbəkədə məlumatlar yayılıb.

Məsələ ilə bağlı “Aztelekom”un İctimaiyyətlə əlaqələr üzrə meneceri Alidə Mustafayeva Gununsesi.info-nun sorğusuna cavab verib:

“Son günlərdə İmişli rayonu ərazisindən “Aztelekom”a internetin verilişi istiqamətində kütləvi şikayət daxil olmayıb. Vətəndaşlardan bütün hallarda yarana biləcək sual və təkliflərlə bağlı 24/7 rejimdə fəaliyyət göstərən Çağrı mərkəzlərinə – “170”, “155” qısa nömrələrinə müraciət etmələri xahiş olunur”,– deyə o, bildirib.

 

Orxan Saffari

Gununsesi.info