İnək yol ilə gedən şəxsi xəstəxanalıq etdi - BAKIDA OLAY

  • Müəllif: admin
  • 20 İyun 2017 09:30
inek_2734655
Bakının Binəqədi rayonunda yaşlı kişini inək vurub.
Gununsesi.info “Report”a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü Qədimov Elyas Səyyad oğlu “Baksol yolu” ilə piyada gedərkən ona yanında sahibi olmayan inək hücum edib.
Nəticədə kişi qarnının ön divarı və döş qəfəsindən kəsilmiş-deşilmiş xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Gununsesi.info