İndiyədək nə qədər neft satmışıq? - DÖVLƏT BÜDCƏSİNƏ 136 MİLYON 952 MİN MANAT VƏSAİT ÖDƏNİLİB

  • By admin
  • 13 Noyabr 2017 16:38

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2017-ci ilin oktyabr ayında dövlət büdcəsinə 136 milyon 952 min manat vəsait ödənilib.

Gununsesi.info bunu SOCAR-a istinadən xəbər verir.

Bu göstərici 2016-cı ilin oktyabr ayı ilə müqayisədə 11 milyon 607 min manat və ya 9,3 faiz çoxdur.

Ümumiyyətlə, cari ilin yanvar-oktyabr aylarında büdcəyə 1 milyard 302 milyon 630 min manat vəsait ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,3 faiz çoxdur.

SOCAR nə qədər neft-qaz satıb?

Neft Şirkətinin məlumatından aydın olur ki, carı ilin oktyabr ayı ərzində 1 milyon 895 min 356 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

Bu həcmin 1 milyon 201 min 814 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ildə 2017-ci ilin oktyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 268 min 672 ton Azərbaycan nefti nəql olunub. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il noyabr ayının 1-ə qədər BTC-yə 344 milyon 133,5 min ton neft vurulub. Bundan Azərbaycana daxil olan gəlir 127.3 milyard dollar olub.

Bundan başqa, 2017-ci ilin oktyabr ayında BTC kəməri ilə 545 min 988 ton Türkmənistan nefti nəql olunub.

Vüsalə

Gununsesi.info