İndoneziya Türkiyənin təklifini rədd etdi

  • By admin
  • 03 Avqust 2016 11:40

indoneziya

 

İndoneziya hökuməti ölkə ərazisində fəaliyyət göstərən Fətullah Gülən cammatına məxsus məktəblərinin bağlanaması ilə bağlı verdiyi təklifi rədd etməsinə baxmayaraq, Türkiyə ilə dostluq münasibətlərinin qorunub saxlanmasında maraqlıdır.

Gununsesi.info bunu “The Jakarta Post” qəzetinə açıqlamasında İndoneziya xarici işlər naziri Retno Marsudi deyib.

Nazir deyib ki, İndoneziya digər ölkələrin qanunlarına və suverenliyinə hörmət etdiyi kimi, analoji addımı İndoneziyaya nümayiş etdirilməsini istəyir.

XİN rəsmisi vurğulayıb ki, Ankaranın Fətullah Gülən məktəblərinin bağlanması ilə bağlı təklifini rədd edib və bunu diplomatik kanallarla qarşı tərəfə çatdırıb: “Bundan əlavə olaraq Təhsil komissiyası ilə məsləhətləşmələr aparılıb və oradan bildirilib ki, məktəblər fəaliyyəti dövründə İndoneziya qanunlarını pozmayıb”.

Gununsesi.info