İndoneziyanın şərqində 5,3 bal gücündə zəlzələ baş verib.
Gununsesi.info-nun məlumatına görə, bu barədə “RİA Novosti” Meteorologiya, İqlimşünaslıq və Geofizika Milli İdarəsinə istinadən xəbər yayıb.
Məlumata görə, yeraltı təkanların episentri ölkənin paytaxtından 71 kilometr şimal-qəbdə, Papua vilayətinin Cayapura şəhərində, zəlzələ ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.
Yerli ekspertlər sunami təhlükəsinin gözlənilmədiyini bildiriblər.
Dağıntı və ya tələfat barəsində məlumat verilmir.
Gununsesi.info