İndoneziyada qayıq batdı: 20 ölü

  • By admin
  • 02 Noyabr 2016 12:03

indonez

İndoneziyanın şimalında miqrantları daşıyan qayıq batıb.

Gununsesi.info-nun “Akşam” qəzetinə istinadən verdiyi xəbərə görə, İndoneziyanın şimalında, Batam adası sahillərində miqrantları daşıyan qayıq batıb və ən azı 20 nəfər ölüb.

Batman polis idarəsinin rəisi Sambudi Guardianın mətbuata verdiyi məlumata görə, xilasetmə əməliyyatlarının nəticəsində 39 nəfər xilas edilib, 20 nəfərin cəsədi isə sudan çıxarılıb.

S. Guardian qayıq təxminən 90 nəfərin olduğunu və ən azı 30 nəfər itkin düşdüyünü bildirib.

Onun sözlərinə görə, hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Anar

Gununsesi.info