İngiltərə klubunda koronavirusa yoluxan futbolçuların sayı üçə çatdı

  • By admin
  • 10 May 2020 15:13

Ingiltərənin “Brayton” klubunun futbolçusu koronavirusa yoluxub.

Gununsesi.org-un “Sky Sports”a istinadən məlumatına görə, bu barədə klubun icraçı direktoru Pol Barber açıqlama verib. Lakin Barber həmin oyunçunun adını deməyib.

Bu, komandada qeydə alınan üçüncü müsbət testdir.

Qeyd edək ki, İngiltərədə mövsüm koronavirus pandemiyası üzündən dayandırılıb.

 

 

Gununsesi.org