İngiltərədə koronavirusdan ölənlərin sayı 128-ə yüksəldi

  • By admin
  • 20 Mart 2020 12:22

Səhiyyə xidmətindən verilən məlumata görə, İngiltərədə koronavirusdan ölənlərin sayı 128-ə çatıb.

“Coronavirusa (COVID-19) yoluxan daha 29 nəfər ölüb. Ölənlər 47 ilə 96 yaş arasındakı xəstələr olub” – deyə, İngiltərənin Milli Səhiyyə Xidməti bildirib.

İngiltərə Kilsəsi koronavirusun yayılmasının qarşısının alınması məqsədilə kütləvi ibadətləri dayandıracağını bildirib. Buna baxmayaraq, kilsələr ibadət üçün açıq qalacaq.

“Həyatımız bazar günləri kilsəyə daha az getməklə xarakterizə ediləcək və hər gün etdiyimiz dualar və xidmətlə daha çox səciyyələnəcək” – deyə, Kanterbori və York arxiyepiskopları Castin Velbi və Con Sentamu ruhanilərə göndərdiyi məktubda yazıb.

PA Media kilsələrdə toy və dəfn mərasimlərinin davam edəcəyini bildirib.

Gununsesi.org