İngiltərədən Avropa Birliyinə hədə

  • By admin
  • 17 Sentyabr 2016 10:55
ingiltere
Böyük Britaniya Avropa Birliyinə vahid ordu yaratmasına imkan verməyəcək.
Gununsesi.info xəbər verir ki, bu fikri The Times-ə müsahibəsində
Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon deyib.
“Çünki Böyük Britaniya hələ də bu dövlətlərarası birliyin üzvü olduöundan Avropa Birliyinə vahid hərbi birıik yaratmasına hər vəchlə  mane olacaq. Bu mümkün olan şey deyil.  Biz NATO kimi bir hərbi blokun fəaliyyət göstərdiyi zaman, bunu təkrarlayan əlavə hərbi lokun yaradılması ilə bağlı öz narahatçılığımızı  hər zaman bəyan etmişik”- deyə, nazir vurğulayıb.
Qeyd edək ki, sentyabrın 16-da Avropa Birliyi ölkələrinin Bratislavada keçirilən  sammitində Almaniya və Fransa AB-nin vahid hərbi birlik yaratmaqla bağlı planını müzakirəyə təqdim edib.
Yaranacaq yeni hərbi blok gələcəkdə NATO ilə rəqabət aparacaq. AB-nin yeni yaradılacaq hərbi bloku ilə bağlı rəsmi təklif 2016-cı ilin dekabrında təqdim olunacaq və 2017-ci ilin iyun ayınadək isə yekun qərarın verilməsi  nəzərdə tutulub.
Gununsesi.info