İnsan sümüklərindən inşa edilmiş tikili, boş divarlara açılan qapılar - DÜNYANIN ƏN QORXUNC YERLƏRİ

  • By admin
  • 16 Fevral 2018 22:36

Dünyada göz oxşayan və maraqlı yerlərlə yanaşı, əsla getmək istəməyəcəyiniz yerlər də mövcuddur. Daha dəqiq desək, insanlar ora getməyə cəsarət tapmır, gedənlər isə göz görə-görə özünü ölümün qollarına atır.

Gununsesi.info dünyanın ən qorxunc 5 yerini oxucularına təqdim edir.

1.Aokigahara meşəsi

Bu meşə Yaponiyanın məşhur Fuji dağlarında yerləşir. Kənardan baxanda gözəlliyi ilə diqqət çəkən Aokigahara meşəsi olduqca qorxunc yerdir. Çünki bura gedənlər sıx bitki örtüyündən sağ çıxa bilmir və xilas olmaq üçün qışqırsalar belə səsləri eşidilmir. Bunu bilə-bilə yenə də meşəyə gedənlər var. Onlar intihar məqsədilə yollarını Aokigaharadan salırlar. Təsadüfi deyil ki, Aokigahara “İntihar meşəsi” adlandırılır.

 

2.Overtoun körpüsü

Şotlandiyanın qərb bölgəsində salınmış körpü qədim tarixə malikdir və mükəmməl sənət əsəri hesab olunur. Lakin 1895-ci ildə inşa edilmiş 20 metr hündürlüyü olan Overtoun başqa xüsusiyyəti ilə tanınır. Statistikaya əsasən indiyə qədər 600-dən çox it heç bir səbəb olmadan sahibinin əlindən qaçaraq körpüdən özünü atıb öldürüb. İlk intihar hadisələrinin 1950-ci ilə dayandığı bildirilir. Xalq bunu ruhların heyvanları lənətləyərək intihara sövq etməsi ilə əlaqələndirir.

 

3.Vinçesterlərin sirli evi

Kaliforniya ştatının San-Xose şəhərində yerləşən mülk 160 otaqdan ibarətdir. Kilometrlərlə uzanan dəhlizlər, gizli keçidlər, boş divarlara açılan qapılar labirint şəklində tikilmiş evə qorxunc görünüş verir. Vinçester tüfəngləri sərvətinin varisi Sara Vinçester bu mülkü 38 il müddətinə tikdirib. Evin inşa edildiyi müddətdə Sara sevdiyi hər kəsi itirdiyi üçün lənətləndiyini düşünür. O, bu düşüncə ilə bir kahinin yanına gedib. Kahin də onun fikirlərini təsdiqləyib və pis ruhları uzaqlaşdırmaq üçün qərbə köçərək mülkün tikintisini sürətləndirməyi tapşırır. Evin inşası bitəndə isə Sara Vinçester özü vəfat edib.

 

4.Sedlec Ossuary

Sedlec Ossuary (ossuary – ölü insanların sümüklərinin qoyulduğu yer – red.) 10 minlərlə insan sümüyü ilə dizayn olunub. Kilsə kimi fəaliyyət göstərən tikili olduqca qorxunc görünüşə sahibdir. Kilsənin dörd tərəfi insan sümüklərindən hazırlanan dəhlizlər, qorxunc şamdanlardan ibarətdir.

 

5.San Zhi

UNO şəkilli tikililər dünyanın ən qorxunc yerlərindən biri hesab olunur. Tikililərin inşası 1980-ci ildə başa çatıb. Lakin ard-arda baş verən ölüm hadisələri səbəbindən San Zhiyə giriş qadağan edilib. San Zhi haqqında olduqca az rəsmi məlumat var. Hər şey gizli saxlanıb.

Gununsesi.info