“İnsanın heç bir gəliri yoxdursa, deməli, işsiz və yoxsuldur, buna görə dövlət dəstəyi almağa haqqı var” – Deputat Əli Məsimli

  • By admin
  • 17 Aprel 2020 10:21
Əli Məsimli: “Əhalinin banklarda olan borcları bir neçə aylığa  dondurulmalııdr ki, ehtiyac və gözləntisini  yaşayan  insanlar, kreditlərini vaxtında ödəyə bilmədiklərinə görə, qarşılaşacaları sanksiyaların stresini yaşamasınlar,.
Aprelin 14-də ölkə başçısı İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib. Müşavirədə Prezidentin Sərəncamı ilə yaradılmış 4 işçi qrupunun rəhbərləri Maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, İqtisadiyyat nazırı Mikayıl Cabbarov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev görülən işlərlə bağlı məlumat veriblər. İlham Əliyev həmin müşavirədə  çox önəmli məqamlara toxundu, hökumətə ciddi tapşırıqlar verdi, tələblər irəli sürdü.
Gununsesi.org  mövzu ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini deputat Əli Məsimlinin Moderator.az-ıa verdiyi müsahibəni sizə təqdim edir:
– 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirəni necə dəyərləndirirsiniz?
– 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirəni hər şeydən öncə, koronavirus və onun ətrafında cərayan edən hadisə və proseslərin Azərbaycana təsiri və vəziyyətdə az itki ilə çıxış yollarına həsr olunmuş çox önəmli müşavirə kimi dəyərləndirmək lazımdır. Azərbaycan pandemiyanın yaratdığı tibbi-bioloji, iqtisadi, sosial  problemlərlə yanaşı, eyni zamanda həm də dünya neft bazarında qiymətlərin kəskin şəkildə aşağı düşməsinin yaradacağı problemlərlə də üz-üzə qalıb. 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə Prezident koronovirus və onun ətrafında gedən proseslərin qlobal qtisadiyyata və Azərbaycana vurduğu ziyandan, yaranmış vəziyyətdən az itki ilə çıxmaqdan ötrü görülən və görülməsi vacib olan işlərdən danışdı, eyni zamanda həm də günümüzün bir sıra aktual məsələrinə toxundu, koronavirus pandemiyasının, eləcə də dünya bazarında neftin ucuzlaşmasının iqtisadiyyatımıza, həm əhalinin həyatına mənfi təsirlərinin azaldılması ilə bağlı əsaslı fikirlər və zəruri mesajlar verdi.
– Hazırda əhalini narahat edən məsələlər içərisində aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsii məsələsi xüsusi yer tutur. Müşavirədə bu məsələ ilə bağlı  verilən məlumatı qınaətbəxş hesab edirsinizmi?
– Müşavirədə bu məsələyə görülmüş və görülməsi gözlənilən işlər kontekstindən yanaşılmaqla bir sıra cəhətlərdən aydınlıq gətirildi. Sosial müdafiə ilə bağlı görülən işlər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin, əlavə görülməsi vacib olan işlər isə Prezidentin çıxışında öz əksini tapdı. Nazir bildirdi ki, Prezidentin müvafiq Sərəncamı ilə  yaradılmış işçi qrupun hazırladığı tədbirlər planının sosial məsələləri əhatə edən hissəsi  4 istiqamət üzrə 10 tədbirdən ibarətdir. Bu 10 tədbir üzrə 394 milyon manat vəsait ayrılıb. Həmin tədbirlər içərisində əmək müqavilələrinin bağlanması istiqamətində işlər intensivləşib. Bu ilin yanvarın 1-i ilə müqayisədə aprelin ortalarına əmək müqqavilələrinin bağlanması sahəsində artım 73 min təşkil edir. İşsizlər və qeyri-formal işlədiyinə görə, pandemiya nəticəsində işsiz qalan şəxslərə dəstək mexanizmləri də bir neçə tədbir olaraq müəyyən edilib. İlk olaraq 50 min haqqı ödənilən ictimai iş yerinin yaradılması ilə bağlı tədbir çərçivəsində aprelin 13-dən etibarən ictimai iş yerlərinin yaradılması təmin edilib və işəgötürmələr başlayıb. Bizim ehtimalımız ondan ibarətdir ki, yaxın 10 gün ərzində ölkənin bütün regionları üzrə 50 min işsiz və işaxtaran vətəndaşlarımız cəlb ediləcək. Bu istiqamətdə ikinci əsas tədbirimiz ölkə üzrə yaşayış minimumu olan 190 manat məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsi idi. Aprelin 7-də Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə qaydalar qüvvəyə mindi və artıq ötən altı gün ərzində 75 min nağd ödəniş həyata keçirilib. Bu məqsədlər üçün 14 milyondan artıq vəsait vətəndaşlarımıza ödənilib. İşsizlikdən sığorta və özünüməşğulluq proqramlarının genişləndirilməsi də tədbirlər planının istiqamətlərindən biridir və bu çərçivədə bu il ərzində 12 minə yaxın ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur. İşsizlikdən sığorta mexanizminin sadələşdirilərək 20 min insanı əhatə etməsi planlaşdırılır ki, bu mexanizm də daha çox vətəndaşlarımıza işaxtarma dövründə dəstək olacaq. Tədbirlər planının dördüncü istiqaməti xüsusi həssas təbəqənin qorunmasına yönəlib. Bununla bağlı olaraq öncə sosial ödənişlərin davamlılığının təmin olunması nəzərdə tutulur və Dövlət Sosial Müdafiə Fondunun 200 milyon manatlıq vəsaiti məhz bu istiqamətə yönəldilir. Digər tədbir 65 yaşdan yuxarı olan tənha ahıl insanlarımıza dəstək mexanizmidir. Bu çərçivədə 15 min tənha ahıl insanımız tam sosial xidmətə götürülüb və gündəlik əsasda sosial xidmətçilər tərəfindən onlara qulluq edilir. Burada da bizim biznes dairələrimiz Sizin çağırışınıza çox aktiv qoşuldular və artıq bu günə – aprel ayında 14 min belə ailəyə ərzaq yardımı şirkətlərimiz, təşkilatlarımız, dövlət qurumlarımız tərəfindən edilib. Növbəti 15 gündə də daha 30 min ailəyə yardımın göstərilməsi planlaşdırılır. Ünvanlı sosial yardım şərtlərinin yüngülləşdirilməsi və xüsusi karantin rejimi dövründə vaxtı bitənlərin uzadılması nəticəsində 62 min insanı əhatə edən 14 min ailəni əlavə olaraq əhatə etməyi planlaşdırılır. Artıq 14 aprel tarixinə 79 min ailənin 330 min üzvü məhz bu proqramla əhatə olunur. Əlavə olaraq, əhaliyə güzəştli elektrik limitinin artırılması nəticəsində 100 kilovat/saatlıq əlavə güzəştin verilməsi Nazirlər Kabinetinin qərarı ilə təsdiq olundu və bu da əhalimizə sosial dəstəyin bir növüdür. Eyni zamanda, təhsil alan və həssas kateqoriyadan olan tələbələrin dəstəklənməsi ilə bağlı müvafiq qaydalar da təsdiq olundu. Bu çərçivədə də 17 min tələbənin 2020-ci il üzrə təhsil haqqı dövlət tərəfindən qarşılanacaq .Ümumilikdə bu proqram, məşğulluq və sosial paket 2 milyon insanımızı əhatə edir.
Ölkə başçısı Əmək və Əhalinin Sosial Müdafisi nazirinin çıxışına münasibətdə bildirdi ki,  indiki şəraitdə  həssas təbəqənin qorunmasına diqqət artırılmalıdır: ”Biz onlara sahib çıxmalıyıq, onlara dəstək verməliyik, onlara kömək göstərməliyik”. Buna  tam, əhatəli və etibarlı şəkildə nail olmaqdan ötrü:
Birincisi, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin milli təhlükəsizlik səviyyəsinə qalxdığı bir zamanda onun mühüm tərkib hissəsi olaraq,müşavirədə də bildirildiyi kimi, insanların sağlamlığı və rifahı hər şeydən önəmlidir .Bu, insanların karantin rejiminə əməl etməsi ilə yanaşı, fizioloji cəhətdən mövcudluğu saxlaya bilməsini də tələb edir. İşsizlik və yoxsulluq problemlərinə baxışlar əsaslı surətə dəyişdirilməli, bu taleyüklü məsələlərə münasibət real vəziyyəti əks etdirən obyektiv meyarlara söykənməlidir. Bu baxımdan dövlət yardımlarının nə dərəcədə yetərli olmasını aydınlaşdırmaqdan ötrü, əvvəla Sosial Paketə daxil olan dəstəyin əhatə dairəsinin tam olub-olmaması, sonra isə  verilən yardımların məbləğinin nə dərəcədə zəruri ehtiyaclara uyğun olması  obyektiv neyarllarala müəyyənləşdirilməlidr. Ona görə də nə qədər  çətin olmasından asılı olmayaraq, ölkədə əmək statistikasının göstəricilərinin dəqiqləşirilməsi, gizli məşğulluğun leqallaşırılması, xüsusi  karantin rejiminin tətbiqi ilə əlaqədar müəssisələrin və insanların fəaliyyətinin dayanması, eləcə də  bu rejimin  tətbiqi  səbəbindən işsiz və gəlirsiz  qalan bütün şəxslərin müəyyən olunması və dövlət  dəstəyinin əhatə dairəsinə salınması çox vacibdir.
İkincisi, proqramların keyfiyyətlə gerçəkləşməsi təmin edilməli, elə bir səmərəli fəaliyyət göstərən mexanizim tətbiq etmək lazımdır ki, pandemiyanın yaratdığı fəsadlardan əziyyət çəkən insanlardan heç biri dəstəkdən kənarda qalmasın,ehtiyacı olanlar yaşayış minimumu səviyyəsində, yəni 190 manatlıq  dəstək paketini vaxtında alsın ki,heç olmasa minimum tələbatını  qarşılaya bilsin.
Üçüncüsü,  uçot işləri  elə təşkil olunmalı  şəffaflaıq, hesabatlılıq və nazəarət o səviyyədə təmin olunmalııdır ki, sui-istifadə hallarına yer qalmasın, ayrılan vəsait öz təyinatına uyğun olaraq  əhalinin  sosial müdafiəsinin gücləndirilməsinə, məşğulluğun artırılmasına və iqtisadiyytaın az itki ilə bu bəladan çıxmasına sərf olunsun.
Dördüncüsü, əhalinin hazırkı ağır sosial-psixoloji durumdan tez çıxmasından ötrü banklar da öz sosial məsuliyyətini dərk edib, ölkədə həyata keçməyə başlayan həmrəylik işinə öz adekvat töhfəsini verməyə başlamalıdır. Pandemiyanın fəsadları fors-major vəziyyəti yaratdığını nəzərə alaraq, əhalinin banklarda olan borcları bir neçə aylığa  dondurulmalııdr ki, sosial müdafiəsi üçün 190 manatın  ehtiyac və gözləntisini  yaşayan  insanlar,  bununla yanaşı həm də bank kreditlərini vaxtında ödəyə bilmədiklərinə görə qarşılaşacaları sanksiyaların stresini yaşamasınlar.
Beşincisi, kommunal ödənişlərlə bağlı güzəştlərə kompleks yanaşılmalı, əhaliyə güzəştli elektrik limitinin artırılması nəticəsində 100 kilovat/saatlıq əlavə güzəştin verilməsi ilə yanaşı, qaza da güzəştlərin tətbiq edilməsi, ya ümumiyyətlə limitin götürülməsi, ya da əlavə güzəştli limitin verilməsi məsələsi öz həllini tapmalııdır.
Altıncısı, ilk növbədə kimlərin ehtiyaclarını qarşılamaq lazımdır sualına cavab verərkən, hazırkı durumda bu yöndə yaranan problemlər içərisində öz həssaslığına görə daha çox diqqət çəkən bir məsələyə- valideynləri işləməyən ailələrdəki uşaqların müdafiəsi üçün əlavə tədbirlərin görülməsinə operativ münasibət və bu cür ailələrə də sosial paketin verilməsi işinin sürətləndirilməsi çox vacibdir.
Yeddincisi, koronavirusla mübarizə məqsədilə beynəlxalq praktikada tətbiq edilən məhdudiyyətlətlərin bizdə də tətbiqi təbii surətdə bir sıra yeni iqtisadi və sosial məsələri gündəmə gətirib. Həmin məsələləri xeyli hissəsi hökumətin hazırladığı Sosial Paketdə ö əksini tapıb. Açıq qalan məqamlar ətrafnda gedən  diskussiyalar göstərir ki, bu sahədə mövcud olan problemlərin xeyli hissəsini “uşaq pulu”nun bərpa edilməsi hesabına həll etmək olar. Ona görə də Azərbaycanda ötən ildən başlanan və 4,2 milyon əhalini əhatə edən sosial islahatların pik nöqtəsi kimi, optimal model əsasında aşağı gəlirli ailələr üçün “uşaq pulu” məsələsinin yaxın zamanlarda bərpasını zəruri hesab edirik.
 
Səkkizincisi, hesablamalar göstərir ki, iri torpaq sahələrindən fərqli olaraq kiçik pay torpaqlarına malik insanların xeyli hissəsi həmin torpaqdan özünü və ailəsini dolandırmaq səviyyəsində gəlir götürmür və ya həmin torpağı əkib-becərməkdən ötrü vəsaiti olmadığından, ümumiyytlə heç əkib-becərə bilmir və deməli, heç bir gəlir götürmür.
Əgər insanın heç bir gəliri yoxdursa, şəhərdə yoxsa kənddə  yaşamasından asılı olmayaraq, deməli, işsiz və yoxsuldur və buna görə dövlət dəstəyi almağa haqqı var. Ona görə də bu qəbildən olan pay torpaqları sosial müdafiyə ehtiyacı olan insanların ünvanlı sosial yardım, eləcə də 190 manatlıq sosiai paket almasına mane olmamalıdır.
– Dövlət koronovirusla bağlı mübarizəyə  2,5 milyard manat pul ayırıb. 2020-ci ilin büdcəsi bu yükü daşımağa gücü çatacaqmı? Azərbaycan büdcəsində xüsusi çəkiyə malik olan neft gəlirlərinin azalması, neftin qiymətinin kritik həddədək aşağı düşməsi şəraitində büdcə sözügedən həmin yükü də öz üzərinə götürdükdən sonra da hökumət 2020-ci il üçün əvvəlcədən götürdüyü sosial öhdəliklərə əməl edilməsində çətinliklər olmayacaqmı?
– Pandemiyanın artıq sadəcə, bir tibbi-bioloji problem çərçivəsindən çıxıb, çox ciddi iqtisadi və sosial problemlər yaradıb. Azərbaycan iqtisadiyyatı həm pandemiyanın bütün dünyanın iqtisadi inkişafına vurduğu zərbədən doğan problemləri, həm də neftin qiymətinin kəskin surətdə aşağı düşməsindən yaranan problemləri aradan qaldırmalı olacaq. Bu kontekstdə, fikrimizcə, Prezidentin və maliyyə nazirinin  çıxışında  səsləndirdiyiniz çox ciddi bir suala 3 aspektdə  cabab var: Birincisi, pandemiyanın fəsadlarından əziyyət çəkən ölkələrin 150-si kömək üçün Beynəlxalq Valyuta Fondu və Dünya Bankına müraciət ediblər, amma həmin siyahıda Azərbaycanın adı yoxdur. Deməli,birincisi, Azərbaycan pandemiya və onun ətrafında gedən proseslərin fəsadlarını aradan qaldırmaq işində xarici köməyə yox, öz gücünə güvənir. İkincisi,maliyyə nazirinin çıxışında  göstərildiyi kimi, dövlət büdcəsinin 2020-ci ilin birinci rübündəki gəlirləri 5 milyard 748 milyon manat proqnoza qarşı 2 milyard 63 milyon manat və ya 36 faiz artıq icra olunaraq 7 milyard 811 milyon manat təşkil edib. Dövlət büdcəsinin xərcləri isə 5 milyard 255 milyon manat məbləğində və ya proqnoza qarşı 100,8 faiz icra olunub. Nəticədə, dövlət büdcəsində 2 milyard 556 milyon manat profisit yaranıb. Profisitin 1 milyard 793 milyon manatı Dövlət Neft Fondunun dövlət büdcəsinə proqnozdan artıq transfertinin payına düşür. Dövlət Neft Fondunun proqnozdan artıq daxil olmuş transfertin məbləği nəzərə alınmadan belə cari ilin birinci rübünün profisiti 763 milyon manat təşkil edib. Müşavirədə səslənən bu  rəqəmlərin təhlilindən belə nəticəyə gəlmək olar ki, neftin qiymətinin kəskin surətdə aşağı düşməsi icmal büdcəyə ciddi təsir etsə də, dövlət büdcəsinin gəlirlərinə ciddi təsir etmir. Anti-pandemiya tədbirlərinin maliyyələşdirilməsinin büdcənin payına düşən hissəsinin icrasında problem olmayacaq. Üçüncü məqam isə ondan ibarətdir ki, pandemiyanın nə vaxt bitəcəyini və nə vaxta qədər uzanacağını heç kəs bilmədiyindən və proqramlardan kənar əlavə tədbirlər də maliyyə tələb etdiyindən, deməli, xərclər nəzərdə tutulan 2,5 milyarda manatdan da çox olacaq. Bu baxımdan, Prezidentin  büdcədə qənaət rejiminə əməl olunması ilə bağlı verdiyi göstərişlərin yüksək səviyyədə həyat keçirilməsi çox vacibdir. Dövlət başçısının tapşırığına müvafiq olaraq xərclərin prioritetliyi yenidən qiymətləndirilərək mövcud büdcə qanunvericiliyi çərçivəsində ilkin olaraq bir sıra xərclərin ixtisarı və təyinatının dəyişdirilməsi, həmçinin Prezidentin ehtiyat fondunun və digər ehtiyat mənbələri hesabına dövlət büdcəsindən koronavirusla mübarizə və iqtisadiyyata mənfi təsirlərin azaldılması tədbirlərinin maliyyələşdirilməsi üçün 1 milyard 350 milyon manat məbləğində vəsait ayrılıb. Bir sıra layihələr ertələndikdən sonra bu rəqəm daha da artacaq. Deməli, Azərbaycanın maliyyə resursları baxımından “təhlükəsizlik yastığı” kifayət qədər qalın olduğuna görə, neftin qiymətinin kritik həddədək aşağı düşdüyü şəraitində büdcə koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə hazırlanan proqramaların maliyyləşdirrilməsinə dəstək vermək imkanı yetərincədir. Bu yükü də öz üzərinə götürdükdən sonra da hökumət 2020-ci il üçün əvvəlcədən götürdüyü sosial öhdəliklərə əməl edilməsində çətinliklər olmayacaq. Büdcədə bir sıra layihələrin ertələnməsi hesabına yaranan əlavə resurslar isə bu sahədə manevr imkanlarını da artıracaq. Azərbaycan üçün koronavirusa qarşı tədbirlər planının maliyyələşdirməsi üçün 2,5 milyard manat və ondan da artıq pul ayırması problem deyil. Problem odur ki, hazırda Azərbaycanda 3 növ virus var: koronavirus; şayiəçilər və fürsətcillər. Hazırlanan Tədbirlər Planında nəzərdə tutulanların hamısı koronavirusa qarşı nəzərdə tutulub. Şayə yayan viruslar və əhalinin bu çətin durumundan yüksək qazanc götürmək istəyən fürsətcil viruslar xalqa koronavirusdan çox ziyan vururlar. Şayiəçilər, xüsusən manatın ətrafında cərayən edən proseslərdə və qıtlıq olacağı şayəsi ilə dükan-bazarın piştaxtalardakı malların süpürülməsində çox ziyanlı ola bilərlər.Fürsətcillər 2015-ci ilin devalvasiyaları zamanı yaxşıca qazanc götürdülər. İndi də fürsətcillər dövlətin bu çətin günlərdə yoxsul təbəqəyə kömək və iqtisadi itkiləri minimuma endirməkdən ötrü ayırdığı pullara tamahı düşüb,  şəxsi varlanmaları üçün sui  istifadə etməklə, eləcə də  süni qiymət artımı vasitəsilə ailə büdcələrinə milyardlarla manat ziyan vurmaqla çox təhlükəlidirlər. Süni surətdə artan qiymətin hər faizi ailə büdcəmizə ildə 400 milyon manata qədər ziyan vurur. Süni qiymət artımının hər faizinin  əhaliyə vurduğu ziyan hökumət prqoramınında 600 min nəfərə sosial dəstək üçün nəzərdə tutulan 215 milyon manatdan demək olar ki, 2 dəfə çoxdur. Ona görə də hesab edirik ki, koronavirusla yanaşı, şayəçi və fürsətcil viruslara da qarşı mübarizə gücləndirilməlidir.
– Müşavirədə hiss olundu ki, hökumət devalvasiyaya getməyə meylli deyil. Neftin aşağı qiymətləri davam edərsə, manatın məzənnəsini nə qədər saxlamaq mümkün olacaq?
– Koronavirusun iqtisadiyyata təhdidləri və ondan doğan fəsadları təzyiqi ilə iqtisadi artım templəri aşağı düşür, maliyyə bazarında ciddi problemlər yaşanır, milli valyutalar dəyər itirir. MDB məkanına aid və bir sıra qonşu ölkələrin milli valtutaları 2-15 faiz intervalında dəyərsizləşib. Neftin qiymətinin kəskin surətdə aşağı düşməsi manata da təzyiqləri xeyli gücləndirib. Ona görə də neftin qiymətlərinin hazırkı aşağı səviyyədə uzun müddət qaldığı şəraitdə manat duruş gətirə biləcəkmi və duruş gətirə bilsə, nə qədər duruş gətirə biləcək” aktual suallarda birinə çevrilib. Bu sualın cavabı xeyli dərəcədə neftin hazırkı aşağı səviyyəli qiymətlərinin davam etmə müddətindən və tədiyyə balansında yaranacaq mənfi saldonun manata təzyiq dərəcəsindən asılı olacaq. Manat üzən məzənnə rejimində olmadığına görə, bu sual ətrafında mülahizə yürüdərkən Mərkəzi Bank və hökumətin davranışları həlledici rol oynayacaq. Hələlik görünən odur ki, hakimiyyət strukturlarında devalvasiyaya gedilməsinə meyl yoxdur. 2015-ci ilin devalvasiyalarından nə iqtisadiyyat uddu, nə biznes, nə qeyri-neft eksportu, nə də əhali…yeganə udan oliqarxiya, xüsusən də maliyyə oliqarxiyası oldu… Görünür, ona görə də, Mərkəzi Bank hazırkı siyasətini davam etdirmək istəyir. “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan strateji hədəfə uyğun olaraq 2017-ci ildən başlayaraq monetar siyasətin üzən məzənnə rejimi üzərində qurulacağı və 2020-ci ildə tam üzən məzənnə rejiminə keçiləcəyi elan edilmişdi. Amma keçən ilin oktyabrında elan edildi ki, “2020-ci ildə “Tam üzən məzənnə” rejiminə keçməyimiz mümkün deyil”.
Çünki buna institutsional və digər əsaslar yoxdur və lazımı səviyyədə yaradılmır da… Amma postneft dövrüdür… Əvvəl-axır bu məsələni həll etmək lazım gələcək. Koronavirus və onun ətrafında gedən proseslər, idarəetmə sistemində gözlənilən dəyişiliklər, post-neft dövrünün yeni tələbləri və sair bu kimi məsələlər iqtisadi blokun, o cümlədən Mərkəzi Bankın da qarşısına yeni vəzifələr qoyur. Maliyyə-bank sistemində əsaslı islahatlar, bank sisteminin sağlamlaşdırılması, real iqtisadiyyata yaxınlaşdırılması, məqbul faiz dərəcələrinə stimullaşdırma, qarşılıqlı etimadın təmin edilməsi ilə yanaşı, indi olmasa da, perspektivdə manatın ağrısız surətdə tam üzən məzənnəyə keçməsi üçün zəruru olan makroiqtisadi, struktur, institusional və sair xarakterli şərtlərin təmin edilməsinə, qiymətli kağızlar bazarının inkişafının sürətləndirilməsinə yönəlik fəaliyyətin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
– Müşavirədə deyildiyi kimi, ölkəmiz bu bəladan az itki ilə çıxa biləcəkmi?
– Azərbaycanda  həyata keçirilən qabaqlayıcı tədbirlər, həmrəylik idayasının gerçəkləşməsi istiqamətində atılan addımlar və sair hesabına ölkəmizdə koronavirusa yoluxanların və ölənlərin sayı, başqa ölkələrlə müqayisədə götürsək, minimum olmaqla,”qırmızı xətt” adlanan  səviyyədən qat-qat aşağıdır. Sağalanların sayı da artmaqda davam edir. Deməli, səylərimizi bu cür davam etdirsək, nizam-intizama əməl etsək, ən böyük sərvət olan –insan həyatını və sağlamlığını qoruya və bu bəladan az itki ilə çıxa biləcəyik. Bu baxımdan, müşavirə hazırda çox aktual olan 2 vacib sualın cavabı ətrafında fikirləşmək və fəaliyyətimizi davam etdirmək üçün zəngin material verdi: Birincisi, koronavirus pandemiyasından və xüsusi karantin rejimindən əziyyət çəkən əhaliyə, təsirlənən iqtisadiyyta, çökən biznesə optimal variantda necə dəstək verməkdə davam etməli ki, diqqətdən kənada bir nəfər belə yardıma ehtiyacı olan insan qalmasın? İkincisi, bir tərəfdən pandemiyanın törətdiyi fəsadlar, digər tərəfdən isə neftin qiymətinin kəskin şəkildə aşağı düşdüyü hazırkı şəraitdə və post-pandemiya dövründə ölkədə maliyyə və makroiqtisaadi sabitliyi necə qorumalı, koronavirus pandemiyası çəkiləndən sonra onun bütün fəsadları az itki ilə necə aradan qaldırmalı, optimal müddətdə əhalini və iqtisadiyyatımızı normal həyata necə qaytarmalı? Bu 2 fundamental sualın  fundamental cavabının magistral yolu cəmiyyət həyatının bütün sahələrində sistemli və davamlı demokratik islahatlaradan keçir. Müşavirədə Prezidentin bu məsələyə xüsusi yer verməsini  müsbət qiymətləndiririk. Prezident postpandemiya dövründə görülməsi vacib olan məsələri önə çəkdi və “bildirdi ki, həyat yerində durmur, həyat davam edir və mən əminəm ki, 2020-ci il də çox dərin və geniş islahatlar ili olacaq”, həm siyasi müstəvidə, iqtisadi sahədə, həm də sosial problemlərin həlli sahəsində islahatlar davam etdiriləcək. Yeni mərhələnin çağırışlarına uyğun kadr islahatları ilə müşayət olunan struktur islahatlarının davam etdirilməsi, idarıetmə mexanizminin çevikliyinin və səmərəlililiyinin artırılması, peşakar kadrlara önəm verilməsi  və sair bu istiqamətdə islahatların genişləndirilməsi və dərinləşdirilməsinə böyük ehtiyac var.
Postneft dövrünün əsas sualının cavabı aydındır: qeyri-adi bir şey baş verməsə, yaxın perspektivdə neftin qiyməti ötənilki səviyyəyə qalxmayacaq.Deməli, iqtisadi siyasətəmizdə yaxın vaxtlarda neftin qiymətinin nəzərəçarpan dərəcədə qalxmayacağı məsələsi mütlıq ciddi surətdə nəzərə alınmalıdır. İslahatları dərinləşdirib qeyri-neft sektorunda həm artım templərini, həm də artımın keyfiyyətini yüksəltmək lazımdır ki, həm yerli təlabatı öz mallarımızla xeyli dərəcədə təmin edə bilək, həm də qeyri neft sektorunun eksport imkanlarını genişləndirib, manatın neftdən asıllılığını minimuma endirək. Artıq xeyli dərəcədə aydındır ki, koronavirus gündəlik həyatımızı bir sıra cəhətlərdən xeyli dəyişdirəcək. Amma post-pandemiya dövrünün əsas sualının cavabı tam aydın deyil: virusun “koronalısı” gedib, növbəti illərdə ”koronasızı” gələ bilər və ya da ilin hansısa aylarını virusla mübarizə şəraitində keçirə bilərik. İqtisadiyyatımızın mümkün qədər tez bərpası üçün bəlkə də müəyyən zaman  kəsiyində virus şəraitində  yaşamağa və işləməyə alışmaq da lazım gələcək. Bu baxımdan çox etibarlı bir sosial müdafiə mexanizmi formalaşdırmağa ciddi ehtiyac var  ki,”operativ surətdə kimlərin ehtiyaclarını qarşılamaq lazımdır” sualına vaxtında və dolğun cavab vermək mümkün olsun. Əhalinin güzəranını yaxşıalşdırmaqdan ötrü isə yavaşımış iqtisadi artım trayektoriyasından sürətli artım trayektoriyasına keçməyə imkan verən, büdcəyə neftdənkənar mənbələr hesabına əlavə vəaitlərin daxil olmasına şəarait yaradan islahatlara gedilməliidr. Eyni zamanda, yeni situasiya korrupsiyyaya, monopoliyaya, məmur özbaşınalıqlarına və digər bu kimi problelərə qarşı mübarizə sahəsində sistemli  islahatların həyata keçirilməsi əvvəlki dövrlərdən də ciddi bir tələbata çevirib. Kölgə iqtisadiyyatının bir qədər daraldılması, şəffaflığın artırılması ötən il büdcəyə 1 milyard manatdan, bu ilin birinci rübündə isə 300 milyon manatdan artıq əlavə vəsaitin daxil olmasınıı təmin edib. Deməli, bu işi geniş planda davam etdirməklə yanaşı iqtiqadiyyatın liberallaşdırılmasını artırmaq, sahibkarlıq qarşısında duran bütün süni maneələri aradan qaldırmaq, korrupsiya və monopoliyaya qarşı mübarizəni gücləndirməklə büdcəyə indikindən qat-qat artıq əlavə milyardların  daxil olmasına nail olmaq olar.
– Prezident əhaliyə dəstək planlara xüsusi təşəkkürünü bildirdi… 
– Koronavirus insanların həyat və sağlamlıqlarına real təhlükəyə çevrilməklə yanaşı, çox ciddi iqtisadi, sosial, psixoloji problemlər də yaradaraq insanların gündəlik yaşayış tərzində, davranışlarında, dünyaya, həyata və ətrafına münasibətində də ciddi təsir göstərməyə başlayıb. Bu baxımdan, pandemiya dövrü həm də “qum saatı”nın işə düşdüyü həqiqət anıdır. Bu həqiqət anı çox şey deyir. Ona görə də milli və dəyərlərimizdən çıxış edərək hazırkı durumda imkanlıların imkansızlara dəstək olması çox  zəruridir. Müşavirədə bununla bağlı Prezident bildirdi ki, Azərbaycan xalqının əsrlərboyu yaşatdığı bu gözəl xüsusiyyətləri bu gün bütün xalqımız nümayiş etdirməlidir və nümayiş etdirir. Kimin nəyə gücü, imkanı çatırsa, kimsəsiz insanlara, ahıl insanlara, həssas təbəqədən olan insanlara kömək göstərin. Əlbəttə ki, dövlət öz üzərinə bu funksiyanı götürüb, bunu edir və edəcək. Ancaq biznes dairələrinin bu şəraitdə bu işlərə qoşulması və ayrı-ayrı insanların öz təşəbbüsü ilə ehtiyacı olan insanların yanında olması məni hədsiz sevindirir, onlara öz təşəkkürümü bildirmək istəyirəm. Yerli icra orqanları şərait yaratmalıdır ki, onlar bu yardımı daha böyük həcmdə etsinlər.
Eyni zamanda, pantemiyanın tüğyan etdiyi hazırkı şəraitdə bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da korporativ sosial məsuliyyət idarəetmənin və menecmentin baza ideologiyasına çevrilməli, bir tərəfdən, konkret layihələrin həyata keçirilməsi, digər tərəfdən isə hazırda hökumətin hazırladığı 10 anti-pandemiya proqramının bir hissəsində payçı rolunu oynamaqla, onun dairəsi genişləndirilməli və real təsiri nəzərəçarpan olmalıdır. Bir sıra şirkət və özəl qurumların Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsində iştirakı göstərir ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da bu işi genişləndirmək və işlək mexanizmlər vasitəsilə onun sosial, ekoloji, epidemioloji və s. istiqamətlərdə təsir dairəsini xeyli gücləndirmək olar. Çünki korporativ sosial məsuliyyəti idarəetmənin və menecmentin baza ideologiyasına çevirən özəl stukturların təcrübəsi göstərir ki, səmərəli mexanizm tətbiq etdikdə, taktiki effektin bir hissəsini sosial, ekoloji və s. layihələrə xərcləyib, qısamüddətli mənfəət əvəzinə, daha geniş və dayanıqlı perspektivlərə üstünlük əldə etməklə strateji effekti udmaq olur.