“İnstagram” bu funksiyanı ləğv edir

  • By admin
  • 18 İyun 2018 12:36

İnstagram yaxın vaxtlarda tətbiq etdiyi funksiyanı ləğv etmə qərarı aldı.

İnstagram hekayələr bölməsindən gələn ekran görüntüsü bildirişlərini bağlayır.

Hekəyələr bölməsində ekran görüntüsü aldıqda digər istifadəçilərə bildiriş göndərən funksiyadan artıq istifadə olunmyacaq. İnstagram istifadəçilərinin çox da rəğbət göstərmədiyi və bəzi ölkələrdə mərhələli olaraq istifadəyə verilən bu funksiya öz yoxlama müddətini başa çatdırdı.

Artıq sosial şəbəkə istifadəçiləri ekran görüntüsü aldıqda qarşı tərəf bu barədə məlumatlandırılmayacaq.

 

GUNUNSESİ.İNFO