İnstagram-da Everyday Africa səhifəsi bu qitə haqqında stereotipləri dəyişməyə çalışır

  • By admin
  • 26 İyul 2017 09:18

afrika

Afrika barədə bu qitənin xaricində yaşayanlarda adətən yoxsulluq və münaqişələr təsəvvürü mövcuddur.  İnstagram-da Everyday Africa səhifəsi bu təsəvvürü dəyişməyə çalışır.

Bu resurs sadalanan mövzulardan qaçmasa də, eyni zamanda gündəlik həyatın gözəlliyini diqqət mərkəzinə çəkməyə çalışır.

qara qiz

Nigeriyalı fotoqraf Tom Saater, təzəcə olaraq vəkillik fəaliyətinə başlayan hüquqşünas Ginika Okafor-un üzündə əks olunmuş ümid və nigaranlıq hissini lentə alıb.

Ginika Nigeriya paytaxtı Abucada ali təhsil müəssisəsini bitiriməsi ilə əlaqədar buraxılış mərasiminə yollandığı zaman lentə alınıb.

Saater-in təbirincə, Ginika üçün həmin gün çox emosional bir gün olub.

Ricci Shyrock bu fotonu Qvineyanın paytaxtı Konakridə ölkə Ebola xəstəliyindən azad olduğunu elan etməsi ərəfəsində çəkib.

Ətrafda toz-torpaqlı küçələrə baxmayaraq şəkildə əks olunmuş kişinin yaraşıqlı görünmək arzusunda olduğu hiss edilir.

“Ebola qorxusu zəiflədikçə, ayaqqabının parıldadılması kimi adi bir səhnəni izləmək müəyyən rahatlıq hissi yaradırdı, – xanım fotoqraf deyir. – Bundan başqa, mən tez-tez küçədə camaatın əyin-başına fikir verirəm, bu müşahidələrimdən cəmiyyətin durumu barədə nəticə çıxarmağa çalışıram”.

“Mən həmişə ayaqqabı parıldadılmasını cəmiyyətdə təbəqələşmənin bir əlaməti saymışam. Yəni həmin cəmiyyətdə təbəqələşmənin mövcudluğu mənim üçün, məsələn, New York-da təbəqələşmənin mövcud olması kimi aydın bir məsələ idi”, – fotoqraf deyir.

Malin Fezehai, bu uşaqları, onlar oynayan zaman, Nigeriyanın şimalındakı Zaria şəhəri yaxınlığında çəkib.

afrikallar

“Mənim diqqətimi mərkəzdə dayanan oğlan çəkdi – baxışı uzağa istiqamətlənib, fikri başqa yerdədir, ətrafda baş verdiyinə fikir vermir”, – o deyir. – Arxa planda havanın pisləşəcəyindən xəbər verən, göydəki qara buludların toplaşması da maraqlı alınıb.”

Austin Merrill, qitənin digər tayında, Keniyanın Mombasa şəhərindəki bir məktəbdə uşaqların oynadığı anı kamerası ilə çəkib.

“Məncə, bu şəkil uşaqların gələcəyindən, sanki, xəbər verir, – fotoqraf deyir. – Onlar, sanki, naməlum lakin ümidverci bir gələcəyə doğru qaçmağa başlayıblar. Onların qarşısındakı yola qonmuş qarğalar hansısa mənfiliyin rəmzi sayıla bilər, lakin daha uzaqda ucalan müasir binalar imkan və ümiddən xəbər verir”. 

Uqandanın paytaxtı Kampalada, Katanga adlı gecəqondular məhəlləsində gənc boksçu əldəqayırma idman zalında məşq edir. Həmin səhnəni Edward Echwalu kamerasına çəkib.

idman

Burada gənc analar boks idmanı ilə məşğul olur.

İlk əvvəl bu, özünümüdafiə məqsədilə edilirdi.

Lakin sonradan bəzi qadınlar bu məşğuliyyətdən pul qazanmaq yolunu tapdılar.

“Boks kişilər üçün nəzərdə tutulmuş idman növü sayılır, lakin qadınlar bu stereotipi qırmaqdadır, – Echwalu deyir. – Mənə elə gəlir ki, şəkildəki oğlan anlamağa başlayır kı, boks təkcə kişilərin məşğul olduğu idman növü deyil”.

Instagram formatı mobil telefonun Gündəlik Afrika səhifəsi üçün mərkəzi rol oynamasını müəyyən edir.

Andrew Esiebo tərəfindən çəkilən bu şəkildə həmin məqam aydın görünür.

Laqos kafesində bu iki məftunedici qadın gecə məclisinə hazırlaşarkən özlərinin selfie fotolarını çəkib müqayisə edirlər.

Esiebo-nun işlərinin bir hissəsi Nigeriyada şəhər həyatının fotolarda əks edilməsi ilə bağlıdır.

Küçə karnavalı - Cape Town, Cənubi Afrika 
“Bu fotoşəkil Cape Town şəhərində Cape Flats adlanan ərazidə çəkilib. Burada bir ay çəkən ənənəvi şənliklərin axırıncı həftəsonu idi. İsti yay günü idi, – fotoqraf Charlie Shoemaker qeydb edir. – Küçələrdə camaat rəqs edir, çalıb oynayırdı”.

“Lakin həmin günün sonunda faciə də baş verdi. Bu musiqi ansamblının gənc üzvlərindən biri axşamüstü, tam təsadüf nəticəsində, asayişi pozan bir dəstə tərəfindən küçədə öldürüldü”, – Charlie Shoemaker deyir.

Gənc ata qızı ilə

Bu fotoportreti Holly Pickett, Seneqalın cənubunda yerləşən Sare Dembara kəndində çəkib.

“Bu fotoşəkildəki gənc kişi görəndə ki, onun fotosunu çəkmək istəyirəm tez körpə qızını qucağına qaldırdı, – Holly Pickett deyir. – O, qızı ilə elə fəxr edirdi ki, onunla şəkil çəkdirmək istədi. Valideynlər hər yerdə uşaqları üçün eyni hiss keçirir”.

Şagird şəkil çəkdirir

Bu fotostudiya Keniya paytaxtı Nayrobi-nin Kibera adlı gecəqondular məhəlləsində yerləşir.

Səhər tezdən fotostudiyanın işıqlarının yanması fotoqraf Nichole Sobecki-nin diqqətini cəlb edib.

“Oğlan vəsiqə üçün şəkil çəkdirirdi, – Nichole Sobecki deyir. – Çəkiliş başa çatandan sonra oğlanın üzündən ciddilik yox oldu, o, bizmlə sohbət edib gülümsəməyə başladı”.

Fotojurnalist kimi çalışan xanım Nichole Sobecki deyir ki, müxtəlifliyi ilə seçilən və dəyişməkdə olan bu qitədə “gülməli və cansıxıcı, məyusedici və ümid dolu” yaddaqalan səhnələri lentə almağa çox xoşlayır.

Qadınlar at arabasında

Laura əl-Təntavi deyir ki, onun çəkdiyi şəkillərin mənbəyi Qahirə küçələrində aşıb-daşan həyat enerjisidir.

Bu fotonu o, avtomobilinin pəncərəsindən Təhrir meydanı yaxınlığıda at arabasında gəzintiyə çıxmış qadınlarla rastlaşanda çəkib.

“İstəyirdim arabanın daxili rəng tərtibatı ilə qadınların geyiminin yaratdığı rəngarəngliyi kameramda əks etdirim. Niqab geymiş qadını seçə bilmədim, indi də baxanda onu çətinliklə seçmək olur. Diqqəti çəkən isə sağ tərəfdəki iki qızdır”, – Laura deyir.

Motosiklet sürən qadın

Mali paytaxtı Bamakoda 2015-ci ilin noyabr ayında islamçı silahlıların hücumundan sonra, hamının diqqəti həmin hadisənin fəsadlarına yönəldiyi halda, şəhərdə normal həyat davam edirdi.

Bu fotonun müəllifi Jane Hahn-dır. O deyir ki, motosiklet sürən və saçlarını külək dalğalandıran bu qadın obrazı “çətinliklərə dözə bilən, dəyanətli və gözəl Mali xalqı” haqqında təsəvvür yaradır.

Gununsesi.info BCC-yə istinadən