İnstaqramla bağlı ciddi xəbərdarlıq

  • By admin
  • 30 May 2017 19:37

instaqram

 

İnstaqram insanın psixi sağlamlığına ən mənfi təsir göstərən şəbəkə hesab olunur.

Trend-in məlumatına görə, bu, İnstaqram istifadəçiləri arasında keçirilən sorğu nəticəsində sübuta yetirilib.

Böyük Britaniyanın Sağlamlıq Cəmiyyəti tərəfindən aparılan tədqiqata 14 yaşdan 24 yaşa qədər 1479 iştirakçı qatılıb. Tədqiqat iştirakçılarına Yutub, İnstaqram, Snapçat, Feysbuk” və Tvitterin onların sağlamlıq və əhval-ruhiyyələrinə təsiri barədə suallar verilib. Verilən suallara cavablar nəticəsində tədqiqat aparanlar bu qənaətə gəliblər ki, İnstaqram insanın psixi sağlamlığına ən mənfi təsir göstərən şəbəkədir.

 

Gununsesi.info