“İnter”in Müşahidə Şurasının sədri məlum oldu  - FOTO

  • By admin
  • 27 Aprel 2017 14:45

unnamed (3)

Azərbaycan Beynəlxalq Bankı ilə AFFA arasında bağlanmış müqaviləyə uyğun olaraq idarəçiliyi assosiasiyaya verilmiş “İnter” Peşəkar İdman Klubunun Müşahidə Şurasının sədri vəzifəsinə AFFA-nın İcraiyyə Komitəsinin üzvü Zaur Axundov təyin edilib.

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, AFFA tərəfindən “İnter” Peşəkar İdman Klubuna səlahiyyətli nümayəndə təyin edilən Rəmiş Malıyev isə İcraçı direktor vəzifəsini icra edəcək.

Anar
Gununsesi.info