İnterpol 297 həbri cinayətkarın heç birini Azərbaycana təhvil verməyib - XANLAR VƏLİYEV

  • Müəllif: admin
  • 10 Fevral 2017 13:00
xanlar
“Azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətlərə dair 297 nəfərin həbsi üçün beynəlxalq axtarışla bağlı qərar qəbul edib, İnterpol vasitəsi ilə axtarışa vermişik”.
 
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisdə beynəlxalq cinayətlər barədə hazırlanmış qanun layihəsinin təqdimatında respublika hərbi prokuroru Xanlar Vəliyev bildirib.
Onun sözlərinə görə, təəssüflər olsun ki,  axtarışa verilən  297 nəfərdən  biri də  indiyədək  saxlanılaraq, Azərbaycana verilməyib: “Bunu hamı bilir, bu, dünyada ikili standartların bariz nümunəsidir. Müsəlmana bir, xristiana başqa bir münasibət var. İnterpol təşkilatı da eyni mövqedə durur”.
 Hərbi prokuror onu da əlavə edib ki, buna baxmayaraq biz onların saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik: “Azərbaycan bu hərbi cinayətkarı ədalət  məhkəməsi qarşısında mühakimə edəcək”.
X.Vəliyev vurğulayıb ki, bu gün müzakirə edilən qanun layihəsinin qəbul edilməsini şərtləndirən bir çox amillər var.
Mürtəza
Gununsesi.info