İpoteka Fondu müflisləşir - Fondun maliyyə mənbələrində kapital çatışmazlığı yaranıb

  • Müəllif: admin
  • 04 Oktyabr 2016 14:04

 

ipoteka1

Daşınmaz əmlak bazarına yatırılan ipoteka kreditlərinin həcmi kəskin şəkildə azalıb. 

Gununsesi.info Azərbaycan Mərkəzi Banka istinadən bildirir ki, oktyabrın 1-nədək bütün mənbələr üzrə ipoteka kreditləşməsinə yönələn vəsaitlərin həcmi  63.8 milyon manat olub.

Onun da 50 faizini, yəni 32.4 milyonunu dövlət büdcəsindən Dövlət İpoteka Fonduna ayrılan vəsait təşkil edir.

Kommersiya banklarının daşınmaz əmlaka yönələn kreditlərinin həcmi isə cəmi 1,1 milyon manat olub. Misal üçün qeyd edək ki, keçən ilin analoji dövründə kommersiya banklarının ipoteka kreditləşməsi  314 milyon manat təşkil edib.

İpoteka kreditləşməsinin digər mənbələrindən biri  Ipoteka Fondu tərəfindən yenidən maliyyələşdirilmişkreditləridir ki, oktyabrın 1-nə olan məlumata görə, bu istiqamətdə 30.5 milyon manat pul yönəldilib. Halbuki ötən ilin müvafiq dövrü ilə müqayisədəbu rəqəm 225 milyon manat olub.

Ən maraqlı məqamlardan biri bu il üçün hələ ki İpoteka Fondu tərəfindən 1 qəpik belə istiqraz yerləşdirilməməsidir.  Qeyd edəki ki, 2005-ci ildən etibarən ipoteka kreditlərinin əsas maliyyə mənbələrindən biri məhz həmin istiqrazların satışından əldə olunan gəlir olub. Görünür, faiz dərəcələrinin (3 %) aşağı olması bu qiymətli kağızlara marağı kəskin azaldıb. Nəticədə, ipoteka kreditlərinin təkrar maliyyələşməsindən əldə olunan gəlirlər həmin qiymətli kağızlar üzrəborcların qaytarılmasına xərclənib.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info