İlham Əliyev nazir müavinini vəzifəsindən uzaqlaşdırdı

  • By admin
  • 12 Mart 2020 16:29

İqtisadiyyat Nazirliyində kadr dəyişikliyi olub.

Gununsesi.org-un məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, İqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ş.Abdullayev 2018-ci ilin iyun ayında nazir müavini təyin olunub.

Bununla bağlı xəbəri ilk Report yayıb.

Gununsesi.org