İrəvan təşviş içində - "Vəziyyət dəyişərsə, o zaman..."

  • Müəllif: admin
  • 20 Oktyabr 2016 12:47
arman-navasardyan-555
Rusiya XİN başçısı Sergey Lavrovun Türkiyənin Qarabağ münaqişəsinin həllində aktiv iştirakına cəlb olunması ilə bağlı mövqeyi Ermənistan rəhbərliyini ciddi təşvişə salıb. Artıq erməni diplomatlar da  baş verən proseslərdən narahatdırlar.
Gununsesi.info xəbər verir ki, belə bir narahatçılığı Ermənistanın Rusiyadakı səfiri Arman Navasardyan “news.am”-a açıqlamasında açıqca dilə gətirib. Erməni diplomat deyib ki, Moskva  yaxşı analayır  ki,  Rusiyanın Qafqazda hegemoniyasının qorunub-saxlanmasının açarı Ermənistandadır: “Əgər Rusiya açarı itirərsə bu o deməkdir ki, təkcə Ermənistanı itirməyəcək, bütövlükdə bölgəni itirmiş olacaq”.
Diplomatın sözlərinə görə, yaranmış situasiya  əks effekt yarada bilər: “Ancaq təəssüflər olsun ki, bunu Ermənistanda hələ də çoxları anlamır. Nə zaman  bu barədə danışıram, məni qınayırlar. Mən sadəcə sağlam düşünürəm və düşündüyümü də deyirəm. Çünki yaranmış vəziyyəti  dərindən dəyərləndirməyi bacarıaram. Biz gərək Türkiyə və Azərbaycanla qonşuluq münasibətlərimizi nəzərə alıb, vəziyyəti düzgün dəyərləndirmək lazımdır. Bilməliyik ki, vəziyyət dəyişərsə, o zaman bölgədə nə baş verə bilər”.
Gununsesi.info