İrəvanda etirazlar davam edir: Həbs olunanları sayı sürətlə artır

  • By admin
  • 20 Aprel 2018 15:22

İrəvanda  Serj Sərkisyan hakimiyyətinin əleyhinə keçirilən aksiyada həbs olunanların sayı artıq yüz nəfəri keçib.

 Gununsesi.info erməni mediasına istinadən  xəbər verir ki, Serj Sərkisyan əleyhinə keçirilən aksiyada həbs olunanların sayı 107 nəfərə çatıb.

Bir müddət əvvəl 83  nəfərin saxlandığı bildirilsə də, hazırda saxlanılanların sayı 107 nəfərə çatıb.

Aprelin 13-dən etibarən Serj Sərkisyanın baş nazir seçilməsinə etiraz olaraq ölkədə davamlı etiraz aksiyaları keçirilir.

Gununsesi.info