İrəvanda Rusiyaya əleyhinə etiraz mitinqi keçirilir

  • By admin
  • 13 İyun 2016 14:38

 etiraz iravan

Bu gün Ermənistan paytaxtında Rusiya əleyhinə etiraz mitinqi keçirilir.

Gununsesi.info xəbər verir ki, İrəvanda Rusiya-Ermənistan birgə hava hücumundan müdafiə sisteminin yaradılması ilə bağlı etiraz aksiyası keçirilir.

Aksiya iştirakçıları Ermənistan parlamentinin qarşısına toplaşıblar. Aksiyada onlarla vətəndaş iştirak edir. İştirakçılar əllərində “Nə torpaq, nə də hava verəcəyik!”, “Biz Permyakovlar ordusuna deyil, erməni ordusuna etibar edirik!”, “Növbəti xəyanət!” kimi şüarlar olan plakatlar tutublar.

Aksiya iştirakçılarından biri Tiqran Xzmalyan açıqlamasında bildirib ki, bu razılaşmanı imzalamaq Ermənistanın hədəfə çevrilməsi deməkdir. “Bu, yanlışdır və xəyanətdir. Gələcəyimiz sakitcə Rusiyaya satılır. Razılaşmanı imzalamaqla, biz təkcə Azərbaycana deyil, bütün dünyaya müharibə elan edirik”.

Bu gün Ermənistan parlamentinin növbədənkənar sessiyasında birgə hava hücumundan müdafiə sisteminin yaradılması məsələsi müzakirə olunacaq.   (Olke.az)