İran: Fransa Yaxın Şərqdə böhranı alovlandırır

  • By admin
  • 17 Noyabr 2017 21:07


Fransanın qeyri-obyektiv siyasəti Yaxın Şərq regionundakı böhranı daha da alovlandırır.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi söyləyib.

“Başqa ölkələrdən yüksək vəzifəli şəxslər Fars körfəzi regionuna gəlir və regionun bütün reallıqlarını görməzdən gəlirlər. Onlar Səudiyyə Ərəbistanının təsiri altında yenidən İranla bağlı əsassız açıqlamalar səsləndirirlər”, – deyə o bildirib.

Qeyd edək ki, Fransa bundan öncə İranı Livanın daxili işlərinə qarışmamağa səsləmişdi.

 

Gununsesi.info