İran ABŞ-dan təyyarə alır

  • By admin
  • 12 Dekabr 2016 16:41

abs
İran Hava Yolları (İran Air) ilk dəfə olaraq Amerikanın “Boeing” şirkətindən təyyarə alacaq.
Gununsesi.info-nun “Milliyet” qəzetinə istinadən xəbər verir ki, İran Hava Yolları “Boeing” şirkətindən 16,6 milyard dollar dəyərində 80 ədəd sərnişin təyyarə alacaq. Artıq İranın paytaxtı Tehranda “Boeing” şirkəti arasında müqavilə də imzalanıb.
Bundan başqa son10 il ərzində İran “Boeing” şirkətindən daha 8 ədəd “737 MAX”, 15 ədəd “777-300 ERs” və 15 ədəd isə “777-9s” avialayner alaçaq.
Eyni zamanda, İran Hava Yolları “Airbus” şirkətindən 20 milyard dollar dəyərində 118 təyyarə alaçaq.
Anar
Gununsesi.info