İran ABŞ-ın İŞİD-i dəstəkləməsinə dair sübutunun olduğunu bəyan edib

  • By admin
  • 16 Sentyabr 2017 22:14

05010ad0-4aaa-4549-b2d1-e218a2f832d9
İran Birləşmiş Ştatların İŞD terror qruplaşması üzvlərini dəstəkləməsinə dair əlində sübutlarının olduğunu bəyan edib.
“Report” xəbər verir ki, bunu İran İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi-Kosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə bildirib.
“Biz bir neçə il ABŞ-ın komanda mərkəzlərinə daxil olduq və onların nəyi izlədiyini, hara vurduğunu, nəyin yanından keçdiyini və İŞİD-i necə dəstəklədiklərinin şahidi olduq”, — deyə o, yerli KİV-ə söyləyib.
Komandanın sözlərinə görə, əgər İİKK Amerikanın terrorçuları dəstəkləməsinə dair sübutların işıqlandırılmasına icazə alsa, onların fəaliyyəti Yaxın Şrəqdə ABŞ üçün “böyük qalmaqal” ilə nəticələnəcək.

 

Gununsesi.info