“Iran Air” Avropaya uçuşları dayandırdı

  • By admin
  • 08 Mart 2020 16:58

İranın “Iran Air” aviakompaniyası koronavirusun yayılması fonunda Avropaya uçuşları dayandırıb.

Gununsesiaz.info bildirir ki, bu barədə kompaniyanın rəsmi saytında məlumat verilib.

“Aviakompaniyanın Avropa istiqamətinə olan bütün reysləri gələcək bildirişədək müvəqqəti dayandırılıb”, – məlumatda deyilir.

Bildirilib ki, reyslər Avropanın “bəlli olmayan səbəblər”ə görə tətbiq etdiyi məhdudiyyətlərə görə ləğv edilib.

Qeyd edək ki, İranda 7 mart tarixinədək 5823 nəfər koronavirusa yoluxub. Onlardan 1669-u sağalıb, 145-i isə ölüb.

 

 

 

Gununsesiaz.info