İran Avropanın Tehran və Vaşinqton arasında vasitəçilik etməsi təklifi ilə çıxış edib VİDEO

  • By admin
  • 03 Fevral 2021 20:47

Tehran İranın nüvə anlaşmasının gələcəyi ilə bağlı çıxılmaz vəziyyətin aradan qaldırıla biləcəyini deyərək, Avropanın İran və ABŞ-ın razılaşmaya qayıtması üçün yardım edə biləcəyini təklif edib.

İndiyə qədər İran 2015-ci il uran zənginləşdirilməsini dayandırmaqla nüvə sazişinə riayət etməsindən əvvəl keçmiş Prezident Donald Trampın tətbiq etdiyi iqtisadi sanksiyaların ləğvini tələb edirdi.

Lakin İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif CNN-ə bildirib ki, İran Avropanın xarici siyasət rəhbəri Cosef Borrellin vasitəçiliyi ilə tərəflərin ‘sinxronlaşdırılmış’ fəaliyyətləri ilə razı ola bilər.

Vaşinqton bu fikrə hələ cavab verməyib. Dövlət Katibi Antoni Blinken keçən həftə ABŞ-ın Birgə Hərtərəfli Fəaliyyət Planına yenidən qoşula biləcəyini deyib.

“İran sazişlə bağlı öhdəliklərinə tam riayət etsə, ABŞ da eyni şeyi edəcək.”

İrana qarşı ritorika ABŞ-da Prezident Co Bayden hakimiyyəti dövründə dəyişə bilər. Ancaq gərginlik yüksək olaraq qalır.

Amerikanın B52 bombardmançı təyyarələrinin keçən həftə Fars Körfəzi üzərindən uçmasını Mərkəzi Komandanlıq ABŞ-ın regionda təhlükəsizliyin qorunmasına sadqliyi kimi izah edib.

Bu, İranın 90 faiz uran zənginləşdirilməsinə doğru atılan kiçik bir addım kimi 17 kiloqram 20 faiz zənginləşdirilmiş uran istehsal etdiyini elan etməsindən sonraya təsadüf edib.

ABŞ hesab edir ki, İranın nüvə bombası üçün parçalayıcı material hazırlamasına 3-4 ay qalır.

İsrail isə buna altı ay qaldığını bildirir.

2018-ci ildə Donald Tramp Tehranın raket proqramı və terrora dəstək iddiasını əsas gətirirərək ABŞ-ı nüvə sazişindən çıxarmışdı.

Avropadakı müttəfiqlər ABŞ-ı yenidən sazişə qoşulmağa çağırır. Çin və Rusiya da bu müqaviləni dəstəkləyir.

Ancaq tənqidçilər Bayden administrasiyasının sazişə qayıtmaq fikrini yanlışlıq kimi qiymətləndirir.

“2021-ci ilin Yaxın Şərqi müqavilə müzakirə edildiyi 2015-ci il Yaxın Şərqi deyil. Hətta ABŞ-ın razılığı tərk etdiyi 2018-ci ildəki kimi. Ən əhəmiyyətlisi isə İran bu müqaviləni kobud şəkildə pozur. İran gerçəkləri yenidən ortaya qoyaraq ABŞ-ı nüvə sazişinə qaytarmaqla nüvə proqramı qabiliyyətini artımaq üçün əlavə vaxt əldə etməyə çalışır” – deyə, Demokratiya Fondundan Behnam Ben Taleblu bildirib.

Keçmiş prezident Donald Tramp İrana qarşı yeni sanksiyalar tətbiq edərək, ‘maksimum təzyiq’ kampaniyası həyata keçirirdi.

“Bütün bir əhaliyə təsir edən bu cür tədbirlər yalnız əks nəticə verə bilər və ABŞ kimi bir hökumətə siyasət hədəflərinə çatmasına kömək etmir”, Cenevrə Qlobal İdarəetmə Mərkəzindən Erika Moret deyib.

Digərləri isə sanksiyaların təsirli olduğunu iddia edirlər.

“Maksimum təzyiqin işləməsi üçün kifayət qədər vaxtı yox idi” , Talublu əlavə edib.

Tehran və Vaşinqtondakı siyasi hesablamalar İranın iyuna təyin edilən prezident seçkiləri ilə daha da çətinləşir. Hazırkı prezident Həsən Ruhani nüvə anlaşmasından tamamilə imtina etməsi üçün sərtxətt tərəfdarlarının təzyiqi altındadır.

“Ruhaninin prosesin sürətlə getməsini təmin etməsinə ehtiyacı var” – deyə, London Universitet Kollecinin təhlükəsizlik üzrə analitiki Culi Norman bildirib.

Avropa İranın Vaşinqton və Tehran arasında vasitəçilik təklifinə hələ cavab verməyib.

Gununsesi.info