İran Çinə uçuşları dayandırdı

  • By admin
  • 31 Yanvar 2020 22:08

İran koronavirus səbəbindən Çinə uçuşları dayandırıb.

Gununsesi.org xarici KİV-ə isitnadən xəbər verir ki, bu barədə Səhiyyə naziri Səid Nemeki bildirib. “koronavirusun yayılmasının qarşısını almaq üçün İranla Çin arasında bütün uçuşlar müvəqqəti dayandırılıb”, – deyə açıqlamada bildirilir.

İranda virusa yoluxma halının qeydə alınmadığını bildirən Nemeki Çinin Uhan şəhərindəki 70 İran vətəndaşının ölkəyə gətiriləcəyini qeyd edib.

 

Gununsesi.org