İran-Ermənistan ticarət dövriyyəsinin həcmi 1 mlrd dollara yüksələcək

  • By admin
  • 25 Yanvar 2021 16:15

İranla Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 1 mlrd ABŞ dollarına yüksələcək.

Bunu Ermənistanın iqtisadiyyat naziri Vahan Kerubyan İranın İsfahan əyalətinin başçısı Abbas Rzayi ilə görüşdən sonra bildirib

Onun sözlərinə görə, 2020-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 400 mln ABŞ dolları təşkil edib.