İran “Hormuz-2” yeni ballistik raketi sınaqdan keçirib

  • By admin
  • 09 Mart 2017 20:53

ballistik raket

İran İnqilab Keşikçiləri Korpusu ölkədə istehsal olunan “Hormuz-2” yeni ballistik raketi sınaqdan keçirib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, qeyd olunan raketlər dəniz hədəflərini vurmaq üçün nəzərdə tutulub.

İran İnqilab Keşikçiləri Korpusunun komandanı Əmir Əli Hacızadə bildirib ki, sınaqlar zamanı raket 250 km uzaqlıqda üzən hədəfi məhv edib.

Məlumata görə, “Hormuz-2” raketi 300 km uzaqlıqda olan hədəfləri dəqiq vurmaq qabiliyyətinə malikdirlər.

İran martın əvvəlində  “Fateh-110” ballistik raketini sınaqdan keçirib.

Gununsesi.info